Cari ildə bir istehlakçı 405,3 manatlıq əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib

2019.12.25 16:19 (UTC+04:00)

Yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 44,1 milyard manat olmaqla keçən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin eyni aylarının səviyyəsini real ifadədə 3,4 faiz üstələyərək 42,4 milyard manata bərabər olub, onun 48,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 405,3 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.