Prezident İlham Əliyev İsrailin və Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirlərini qəbul edib

2019.12.25 14:56 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 25-də İsrailin və Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri Corc Dikin və xanım Salima Abdelhakın etimadnamələrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadi, ticarət, turizm, humanitar, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.