Hava və dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma artıb

2019.12.25 12:27 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2,5 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3,7 milyon sərnişin daşınıb. Komitədən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım olub. Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 298 vaqon yüklənib, 430 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,1 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.