Dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) "İxracatçılara dəstək layihəsi" çərçivəsində sahibkarlarla görüş keçirilib. Görüş Qida Təhlükəsizliyi Agentliyi, İİTKM, Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Tədarük və Təchizat" ASC, Aqrar Kredit və İnkişaf Agentliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə çıxış edən İİTKM-in departament rəhbəri Nicat Hacızadə "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin fəaliyyəti, "Azexport.az" portalı üzərindən ixrac imkanlarının genişləndirilməsi və Rəqəmsal Ticarət Qovşağının elektron xidmətləri barədə məlumat verib.
Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov isə ixrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu barədə iştirakçıları məlumatlandıraraq ölkəmizin ixrac coğrafiyasının şaxələndirilməsi və qeyri-ənənəvi bazarlara çıxış imkanları baxımından görüşün vacibliyini vurğulayıb.