Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 86,5 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 72,6 milyon dollar çoxdur.
On bir ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 3 milyard 94,5 milyon dollar olub.