İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Aliyə Əzimovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan hökuməti ilə IFC arasında prioritet sahələr üzrə əməkdaşlıq istiqamətində layihə və təşəbbüslər, əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Görüş zamanı, həmçinin, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Əməkdaşlıq Sazişi" və "Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik" layihəsi ilə bağlı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.