Ölkəyə gətirilən avtomobillərin sayı artıb

2019.12.24 16:52 (UTC+04:00)

Noyabrda Azərbaycana idxal olunan avtomobillərin sayı 4.531 olub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 4127-si əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 282-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 24-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.