1.400-ə yaxın ailə Yasamalda güzəştli mənzil alıb

2019.12.24 16:23 (UTC+04:00)

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bu il oktyabrın 16 və 18-də "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alğı-satqısını uğurla başa çatdırıb. Vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

MİDA-dan verilən məlumat agörə, umumilikdə bu günədək keçirilən 5 satışın nəticəsində Yasamal Yaşayış Kompleksində 1.385 ailə güzəştli mənzil alıb.

Dekabrın 25-də kompleksdə qalan 248 mənzil satılacaq.