Bakı əhalisinə 5,2 milyard manatlıq ödənişli xidmət göstərilib

2019.12.24 14:15 (UTC+04:00)

On bir ayda Bakı əhalisinə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4 faiz artaraq 5 milyard 25,6 milyon manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3,3 milyard manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 66 faizini təşkil edib.