Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz təşkil edir

2019.12.24 11:33 (UTC+04:00)

"Ölkə Prezidentinin təsdiq etdiyi Azərbaycanın xarici dövlət borcunun uzunmüddətli idarə edilməsinə dair strategiyaya uyğun olaraq, Maliyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirir". Bunu jurnalistlərə açıqlamasında nazir Samir Şərifov deyib.

"Son nəticədə hazırda Azərbaycanın xarici dövlət borcunun onun ümumi daxili məhsuluna (ÜDM) nisbəti 17 faizdir. Amma burada xarici valyutada dövlət zəmanəti ilə digər qurumların götürdüyü borc üzrə müəyyən şərti öhdəliklər nəzərə alınmır. Əgər nəzərə alınsa, borc-ÜDM nisbəti 19 faizdən aşağıdır. Hesab edirəm ki, qarşımıza qoyduğumuz məqsədlərə ardıcıl sürətdə nail olmaq iqtidarındayıq", - nazir qeyd edib.