On bir ayda paytaxtın ticarət dövriyyəsi 18,6 milyard manat təşkil edib

2019.12.24 10:13 (UTC+04:00)

Yanvar-noyabr aylarında paytaxtın ticarət dövriyyəsi ötən ilin eyni ayları ilə müqayisədə 3,6 faiz artaraq 18,6 milyard manat olub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 8,5 milyard manat, qeyri-ərzaq məhsullarının həcmi isə 4 faiz çoxalaraq 10,2 milyard manat təşkil edib.

İstehlak məhsullarının 28,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22,9 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.