Paytaxtda sənaye məhsulunun 80 faizi mədənçıxarma sektorunda istehsal edilib

2019.12.21 17:47 (UTC+04:00)

On bir ayda paytaxtda sənaye məhsulunun 80,5 faizi mədənçıxarma sektorunda istehsal olunub. Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata əsasən, yanvar-noyabr aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 36 milyard manat təşkil edib. Sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilib.