Metallurgiya sənayesində 687 milyon manatlıq məhsul istehsal olunub

2019.12.21 15:57 (UTC+04:00)

Yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 686,8 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 82,4 faiz artım, metallurgiya sənayesində 11,7 faiz azalma müşahidə olunub.

Hesabat dövründə sahə üzrə 20 min 264,6 ton (2,2 dəfə çox) qara metallardan digər konstruksiyalar istehsal edilib.