"Fitch Ratings": ABŞ ilə Çin arasındakı gərginlik azalsa da, problem həll edilməyib

2019.12.21 14:15 (UTC+04:00)

Beynəlxalq kredit dərəcələndirməsi təşkilatı olan "Fitch Ratings"in açıqlamasında ABŞ ilə Çin arasındakı ticarət müzakirələrində ilk mərhələ kimi qəbul edilən prosesin anlaşma ilə nəticələnməsinə müsbət yanaşıldığı, bununla belə, iki ölkə arasındakı ticarət gərginliklərinin hələ də davam etdiyi bildirilib.

ABŞ ilə Çin arasındakı ticarət gərginliyinin qarşıdakı müddətdə artmaq ehtimalı olduğuna diqqət yönəldən açıqlamada ABŞ-ın Çindən idxal edilən mallara bundan əvvəl 25 faizlik əlavə vergi qoymağı planlaşdırdığı, ancaq son razılaşmaya əsasən bu həddin 16 faizə endidilməsi qərara alındığı xatırladılıb. Açıqlamada son irəliləyişlərin təsiri ilə Çin iqtisadiyyatının 2020-ci il üçün gözlənilən 5,7 faizlik artımının 6 faizə çıxarıldığı bildirilib.

Dünya üzrə iqtisadi artımın bu il 2,6 faiz, gələn il isə 3,2 faiz səviyyəsində olacağı proqnozlaşdırılıb.