Bəzi malların Azərbaycana idxalı gömrük rüsumlarından azad edilib

2019.12.21 11:38 (UTC+04:00)

Azərbaycana idxal edilən jüt liflərindən və ya başlıqdakı digər toxuculuq liflərindən ip (tək iplik) 2 il müddətinə görük rüsumundan azad edilib. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Qərar gələn il yanvarın 19-da qüvvəyə minir.

Qeyd edək ki, jüt lifləri dünyada təbii liflər içərisində ən ucuz başa gələn lifdir, qızılı və ipəkvarı parlaqlığa sahibdir, əsasən çuval, örtük qumaşları, ip və sicim hazırlanmasında, inşaat, avtomobil və dərman sektorunda istifadə edilir. Ancaq səviyyədə yüksək nəmlənməsi və bu zaman çürüməyə başlaması səbəbindən hələ geyimlərin hazırlanmasında istifadə olunmur. Dünyada bu liflərdən geyim hazırlanmasında istifadə edilməsi üçün araşdırmalar aparılmaqdadır. Buna görə də dünyada pambıqdan sonra toxuculuq sahəsində ən çox istifadə edilən ikinci bitkidir. Jüt bitkisi əsasən, Hindistan və Pakistanda becərilir.

Jüt lifləri çürüyərək torpağa qarışdığı və bu zaman ətraf mühitə ziyan vermədiyi üçün ekoloji mühitin qorunmasında səmərəli vasitələrdən biri sayılır.