Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

2019.12.21 10:21 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,1% artaraq 5095 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,7 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,5 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64 faizini kişilər, 36 faizini qadınlar təşkil edib.

Qeyd edək ki, ötən ilin analoji dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,5 faiz, Gürcüstana gedənlərin sayı 12,7 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,2 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,5 faiz artıb.

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 82,5 faizi dəmir yolu və avtomobil, 16,8 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.