Azərbaycanın ixrac imkanları genişlənir

2019.12.20 16:02 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında ölkədən 60,9 min ton şəkər tozu ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ixrac edilən şəkər tozunun dəyəri 26,4 milyon ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin eyni dövründə 23,2 milyon dollarlıq 40,7 min ton şəkər tozu ixrac edilib.