Azərbaycan kompüter, elektron və optik məhsulların istehsalını artırıb

2019.12.20 15:39 (UTC+04:00)

Bu ilin 11 ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 239,3 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 1,3 faiz artıb.

Hesabat dövründə, əvvəlki ilin eyni ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 39,5 faiz, məişət soyuducularının istehsalı 20 faiz çoxalıb.