Vergi Məcəlləsinə dəyişiklik nəticəsində istehlakçılar nisyə satış zamanı daha bir yenilikdən faydalanacaqlar. Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert Anar Bayramov bildirib ki, gələn ildən nəzarət-kassa aparatlarının (NKA) təqdim etdiyi məlumatların sayının artacağı gözlənilir.
Dəyişiklərdə NKA çeklərində olan məlumatların sayı artırılır və dəyişiklikdən sonra çeklərdə bu məlumatlar əks olunacaq:
Beləliklə, dəyişiklik sahibkarların işini yüngülləşdirəcək.
Əksər vergi ödəyiciləri iddia edirdilər ki, malların nisyə və ya bonus kimi verildiyi hallarda NKA çeki həmin malları üzrə ödənişlərin qəbul olunması mənasına gəlir və da uçot baxımdan müəyyən problemlər yaradır. Vergi Məcəlləsinə təklif edilən dəyişik nəticəsində bu boşluq da aradan qaldırılacaq.
Fərqanə ALLAHVERDİQIZI