Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron kənd təsərrüfatı sistemi ilə veriləcək. Bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov dekabrın 20-də keçirilən Xarici Ticarət İştirakçılarının II Respublika Forumunda deyib.
Nazir bildirib ki, cari ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatını təqdim edib.