Litvada gələn ildən bank gəlirlərinə vergi artırılacaq

2019.12.20 13:43 (UTC+04:00)

Litva Respublikasının Seymi ölkədə fəaliyyət göstərən bankların və kredit kooperativlərinin gəlirlərinə tətbiq olunan verginin dərəcəsinin gələn ildən 15 faizdən 20 faizə qaldırılması ilə bağlı qanuna düzəlişi təsdiqləyib. Maliyyə naziri Vilyus Şapokanın bildirdiyinə görə, banların əldə etdikləri gəlirlərdən tutulan verginin artırılması ölkənin büdcəsinə əlavə 20 milyon avro vəsait cəlb olunmasına imkan yaradacaq. Buna baxmayaraq, parlamentin Büdcə və maliyyə komitəsinin sədri Guntare Skayste belə hesab edir ki, bu qərarın qəbul edilməsi bank sektorunda rəqabəti zəiflədəcək.