Litva Seymi ölkədə ətraf mühiti çirkləndirən avtomobillərə görə vergi ödənilməsi haqqında yeni qanun qəbul edib. Qanuna əsasən, bu ilin iyulundan etibarən ölkədə ətraf mühiti çirkləndirən hər bir avtomobilə görə vergi ödəniləcək. Parlamentdə səsverməyə çıxarılan qanun layihəsinin lehinə 72, əleyhinə isə 53 deputat səs verib, 4 nəfər isə bitərəf qalıb.
Verginin məbləği avtomobilin növündən və havaya buraxdığı karbon qazının həcmindən asılı olaraq 13,5-540 avro arasında dəyişəcək.