Cari ilin 11 ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 765 milyon dolları keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 milyon dollar çoxdur. Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, yanvar-noyabr aylarında Azərbaycandan bu ölkəyə 429,9 milyon dollarlıq məhsul ixrac olunub. Hesabat dövründə Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 334,1 milyon dollar təşkil edib.
Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 829 milyon dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 18 milyon dollar çox olub. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində son 5 ilin ən böyük göstəricisi qeydə alınıb.