Bir sıra məhsulların istehsalı artıb

2019.12.19 11:56 (UTC+04:00)

Yanvar-noyabr aylarında əvvəlki ilin eyni ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 55,7 faiz, içki istehsalında 40 faiz, qida məhsullarının istehsalında isə 10,4 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu sahələrin əsas məhsullarından kolbasa məmulatları 47,7 faiz, qənd və şəkər tozu istehsalı 37,8 faiz, qaymaq və xama istehsalı 22,6 faiz, cem və marmeladların istehsalı 11 faiz, alkoqolsuz içkilərin istehsalı 12,5 faiz artıb.