Kassa metodu

2019.12.19 10:58 (UTC+04:00)

Misal 1. ƏDV ödəyicisi olan "A" MMC 15 noyabr 2019-ci il tarixdə qarşı tərəfə 3.000 manatlıq mal təqdim edib. Malların elektron vergi hesab-fakturası 17 noyabr 2019-cu ildə təqdim olunsa da, malların dəyəri 2019-cu ildə yox, 30 yanvar 2020-ci il tarixdə ödənilib. Ödənişin 2020-ci il tarixdə daxil olmasına baxmayaraq, təklif edilən dəyişiklərin keçid müddəalarında qeyd edilir ki, 2020-ci il 1 yanvar tarixinədək alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilən ƏDV-nin əvəzləşdirilməsi 1 yanvar 2020-ci ilə qədər mövcud olan qaydada həyata keçirilir.

Buna görə də cari Vergi Məcəlləsinə uyğun olaraq, ödəniş 30 gündən artıq ödənildiyi üçün, elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim edildikdə, elektron vergi hesab-fakturanın təqdim olunduğu tarix, 5 gün ərzində təqdim edilmədikdə isə elektron qaimə-fakturanın təqdim olunduğu tarix əsas götürülür.

Baxdığımız misalda elektron vergi hesab faktura 17 noyabr 2019-cu il tarixdə təqdim edildiyi üçün vergi ödəyicisi 540 (3000 x 18%) manatlıq ƏDV-ni 2019-cu ilin noyabr ayında bəyan edəcək.

Misal 2. ƏDV ödəyicisi olan "A" MMC 17 dekabr 2019-ci il tarixdə 2000 manatlıq malları təqdim etsə də, malların dəyəri 7 yanvar 2020-ci il tarixdə ödənilib. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsinin tələbi əsas götürülür. Vergi Məcəlləsinin 166-ci maddəsinin tələblərinə uyğun olaraq, ödəniş 30 gün müddətində təqdim olunarsa, əməliyyat tarixi, yəni 7 yanvar 2020-ci il əsas götürüləcək. Vergi ödəyicisi 2020-ci ilin yanvar ayı bəyannaməsində 360 (2000 manat x 18%) manatı bəyan edəcək.

Misal 3. ƏDV ödəyicisi olan "A" MMC tərəfindən 24 dekabr 2019-cu ildə elektron vergi hesab-fakturası ilə təqdim olunan 6.000 manatlıq mallar üzrə ödənişlər iki dəfə həyata keçirilib, birinci dəfə 19 dekabr 2019-cu ildə, sonuncu dəfə 5 fevral 2020-cu ildə. Bu zaman 2019-cu il tarixdə qüvvədə olan Vergi Məcəlləsi əsas götürülür. Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq, ödəmə tam olaraq 30 gündən artıq müddətdə həyata keçirildiyi üçün elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunarsa, o zaman elektron vergi hesab-fakturasının tarixi, əks halda isə elektron qaimə-fakturanın vaxtı əsas götürüləcək.

Misalımızda elektron vergi hesab-fakturası 5 gün ərzində təqdim olunduğu üçün 1.080 (6.000 manat x 18%) manatlıq ƏDV 2019-cu ilin dekabr ayında bəyan edilməlidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI