İsveçrədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif beynəlxalq təşkilatların və dünyanın aparıcı şirkətlərinin rəhbər vəzifəli şəxsləri ilə gürüşləri davam edir.
Dövlətimizin başçısı yanvarın 22-də Davosda BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, "Azəri-Çıraq-Günəşli", "Şəfəq", "Asiman", "Abşeron" və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.