Özbəkistanda orta biznes üçün ƏDV-nin ləğvi təxirə salınıb

2019.12.18 18:43 (UTC+04:00)

Özbəkistanda Prezidentin "Orta biznesin stimullaşdırılması tədbirləri haqqında" fərmanının layihəsində orta biznes üçün əlavə dəyər vergisinin (ƏDV) ləğv ediməsi təklifi geri götürülüb. Qeyd edilib ki, sənədin layihəsində yer alan orta biznes üçün ƏDV-nin ləğvi ekspertlər tərəfindən ciddi tənqidlə qarşılanıb. Maliyyə nazirinin müavini Dilşod Sultanov bildirib ki, verginin ləğvi sahibklarların özlərinin əleyhinə çevrilə bilər. Onun sözlərinə görə, ƏDV zəncirinin iştirakçılarından hər hansı biri vergi ödəməyi dayandırsa, bu boşluq dövriyyədən tutulan vergi şəklində zəncirin digər iştirakçısının hesabına doldurulmalı olacaq. Bundan əlavə, zəncirin iştirakçıları güzəşt alan tərəfin məhsullarından imtina edəcəklər.

Qeyd edək ki, dekabrın əvvəlində "Özbəkistan Respublikasının hüquqi-normativ sənədlərinin layihələrinin müzakirəsi" portalında ölkə prezidentinin "Orta biznesin stimullaşdırılması tədbirləri haqqında" fərmanının layihəsi yerləşdirilmiş, həmin sənəddə orta biznes üçün ƏDV-nin ləğvi təklif edilmişdi.