Bu il sahələrdən 1,6 milyon ton tərəvəz, 1 milyon tona yaxın isə kartof yığılıb

2019.12.18 17:24 (UTC+04:00)

Dekabr ayının 1-nə kimi sahələrdən 1 milyon 637,6 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 13,2 faiz çox tərəvəz və 993,8 min ton (11,7 faiz çox) kartof yığılıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə 447,6 min ton (11,5 faiz çox) bostan məhsulları, 1 milyon 75,8 min ton (7,8 faiz çox) meyvə və giləmeyvə, 194,1 min ton (25,4 faiz çox) üzüm, 911,3 ton (4,9 faiz çox) yaşıl çay yarpağı, 34,5 min ton (42,9 faiz çox) dən üçün günəbaxan, 236,4 min ton (16,9 faiz az) şəkər çuğunduru, 292,5 min ton (32,7 faiz çox) pambıq və 5,9 min ton (3,3 faiz çox) tütün toplanıb.