Azərbaycanda günəş və külək elektrik stansiyalarında istehsal artıb

2019.12.18 16:19 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 100 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-sentyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 40,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 9,4%).

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-noyabr aylarında 22 mlrd. kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 4,2 faiz çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 19,6 mlrd. kVt-saat istilik (artım 5,6%), 1,46 mlrd. kVt-saat su elektrik (azalma 10,3%) stansiyaların payına düşüb.