Azərbaycanda iqtisadi fəal əhalinin 95 faizindən çoxu məşğul əhalidir

2019.12.18 15:21 (UTC+04:00)

2019-cu il dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 milyon 194 min 700 nəfər olub. Onlardan 4 milyon 942 min 700 nəfərini məşğul əhali təşkil edib.

Məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 79 min 700 nəfər olub. Onların 36,3 faizi qadınlardır. İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub. Statistikaya əsasən, Bakıdan sonra ən çox işsiz vətəndaş Sumqayıt, Şəmkir və Mingəçevir şəhərlərində qeydə alınıb.