Azərbaycanda qızıl, gümüş və minik avtomobili istehsalı artıb

2019.12.18 14:57 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 3.553,2 kq qızıl hasil edilib ki, bu da 2018-ci ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə ölkədə 3.815,3 kq gümüş istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 28,9 faiz artıb.

Məhsul növləri

2019-cu ilin yanvar-noyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Mis filizləri və konsentratları, ton

2.007,7

137,7

Qiymətli metal filizləri və konsentratları, kq

7.368,5

119,3

o cümlədən:

qızıl

3.553,2

110,5

Gümüş

3.815,3

128,9

Komitənin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda 2.072 ədəd minik avtomobili istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Bu müddət ərzində Azərbaycanda traktor istehsalı 26,1 faiz azalaraq 901 ədəd təşkil edib. Məlumata əsasən, bu ilin 11 ayında ölkədə maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3 faiz azalıb.