Azərbaycan bu il Cənubi Qafqaz boru kəməri ilə 9,4 milyard kubmetr qaz nəql edib

2019.12.18 14:36 (UTC+04:00)

Azərbaycan bu ilin yanvar-noyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 9,4 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 24,53 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,3 faiz artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,2 faizi Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.