Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 7.362,4 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz çoxdur.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 11,3 faiz artaraq 3.631,3 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 3,2 faiz artaraq 3.731,1 milyon manata çatıb.