Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 72.852,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
11 aylıq ÜDM-in 44.946,9 milyon manatlıq hissəsi qeyri-neft sektorunda formalaşıb. Bu, illik müqayisədə 3,5 faiz çoxdur. Son 1 ildə adambaşına düşən ÜDM-in dəyəri isə 1,2 faiz artaraq 7.357,8 manata çatıb.