Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 50.845,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.
Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4 faiz artaraq 5.135,2 manata çatıb.