Azərbaycanın dövlət büdcəsində 957 milyon manat qalıq yaranıb

2019.12.18 10:39 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 21.132,2 milyon manat, xərcləri isə 20.175,3 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 faiz və 2,6 faiz çoxdur.

Son nəticədə, büdcədə 956,9 milyon manatlıq qalıq yaranıb.