Belarusda Vergi Məcəlləsinə dəyişiklik edilməyəcək

2019.12.17 19:04 (UTC+04:00)

Belarus Respublikasının Maliyyə naziri Maksim Yermoloviç bildirib ki, 2020-ci ildə Vergi Məcəlləsində yalnız dəqiqləşdirilmələr aparıla bilər. Ölkənin vergi qanunvericiliyi öz sabitliyini saxlayır. Vergi Məcəlləsində dəyişiklik etmək nəzərdə tutulmur, yalnız dövlət başçısının "Vergiqoyma haqqında" fərmanına uyğun olaraq bəzi dəqiqləşdirici düzəlişlər aparıla bilər.

Prezident Fərmanında vergi dərəcələrinin indeksasiyası nəzərdə tutulub, inflayasiya səviyyəsinin 5 faiz olacağı barədə proqnoza əsasən, bu məsələ də aktuallaşıb.

Bundan əlavə, sərt alkoqollu içkilər və tütün məmulatları üçün aksiz dərəcələrinin artırılması da gündəlikdədir: "Biz sosial məsələləri həll edirik, büdcəni doldururuq, eləcə də alkoqollu içkilərə və tütün məmulatlarına minimal aksizlər tətbiq etmək barədə Avrasiya İqtisadi İttifaqı qarşısında öhdəliklərimizi yerinə yetiririk", - nazir Maksim Yermoloviç qeyd edib.