On ayda 117 ölkəyə məhsul ixrac olunub

2019.12.17 17:30 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri 190 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Dövlət Statistika Komitəsindən bildirilib ki, on ayda 117 ölkəyə məhsul ixrac olunub, 180 ölkədən isə idxal edilib.