Cari ilin 11 ayında dəniz nəqliyyatı ilə ümumilikdə 1,4 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 848,9 milyon ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu dövrdə dəniz nəqliyyatı ilə ixrac olunan 312,8 min ton yükün dəyəri 140,6 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon tondan çox, dəyəri isə 708,3 milyon dollar olub.