Cari ilin yanvar-noyabr aylarında dəmir yolu ilə təqribən 15 milyon ton yük daşınıb. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dekabrın 17-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirilən mətbuat konfransında deyib: "Ötən il yükdaşımaların həcmi 13 milyon 950 min ton olub. Bu il daşınan yüklərin əksəriyyəti tranzit yüklərdir".