Yanvar-noyabr aylarında Azərbaycandan 494,7 min ton kimya sənayesi məhsulları ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 95,4 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə ölkədən ixrac olunan 244,3 min ton kimya məhsulunun dəyəri 73,3 milyon dollar təşkil etmişdi.