Bu ilin 11 ayında ölkədən 10 milyard 464,9 milyon kubmetr təbii qaz ixrac edilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvar-noyabr aylarında ixrac edilən təbii qazın dəyəri 2 milyard ABŞ dollarından çox olub.
Xatırladaq ki, keçən ilin müvafiq dövründə ölkədən 6 milyard 450,6 milyon kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 1 milyard 256,1 milyon dollar olmuşdu.