İttifaq Dövlətinin Vergi Məcəlləsinin uzlaşdırılması təklif olunur

2019.12.16 18:52 (UTC+04:00)

Rusiya və Belarus İttifaq Dövlətinin (İD) dövlət katibi Qriqori Rapota belə hesab edir ki, İD üçün Vergi Məcəlləsinin uzlaşdırılması kimi bir sıra məsələlərin həlli tələb edilir və bu məsələlər həll olunmadan vahid iqtisadi məkan yaradılması mümkün deyil. Papota "Belarus-1" televiziya kanalına müsahibəsində antiinhisar qanunvericiliyin, dövlət və biznes münasibətlərinin, eləcə də subsidiyaların verilməsi siyasətinin tənzimlənməsinin mühüm məsələlər olduğunu vurğulayaraq qeyd edib ki, bu sahələr də uzlaşdırılmalıdır. Onun sözlərinə görə, sosial siyasət və səhiyyə xidməti sahəsində həll olunmanmış məsələlər var. Rapota İD-nin gələcəyinin birgə layihələrdən asılı olduğunu deyib: "Bunlar XXI əsrin standartlarına cavab verə biləcək nəqliyyat infrastrukturunun birgə təkmilləşdirilməsi, ən ciddi xəstəliklərin müalicəsi, təbiəti mühafizə və ekologiya sahəsində işlərdir".