Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 8,8 faiz artaraq 30.688,16 mln. ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə Azərbaycan xarici ölkələrə 18.303,42 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 12.384,74 mln. dollar olub. Nəticədə 5.918,68 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə bu ilin ilk on bir Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 20 faizdən çox azalıb ayında ixrac 2,1 faiz, idxal 20,3 faiz artıb, müsbət saldo isə 22,4 faiz azalıb.