Xarici ölkə vətəndaşlarına göstərilən rabitə xidmətlərinin dəyəri açıqlanıb

2019.12.16 14:41 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xarici ölkələrlə qarşılıqlı rabitə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz azalaraq 113,205 mln. ABŞ dolları təşkil edib. "APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 2019-cu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycanın Tədiyə Balansı göstəricilərinə istinadən xəbər verir. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz azalaraq 71,971 mln. dollar məbləğində olub.

Hesabat dövründə qeyri-rezidentlərə göstərilən rabitə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 21,3 faiz azalaraq 41,234 mln. dollar təşkil edib