Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi 37,512 milyon dollar olub

2019.12.16 10:40 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın xarici ölkələrlə qarşılıqlı maliyyə xidmətlərinin dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz azalaraq 37,512 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından "APA-Economics"ə verilən məlumata görə, hesabat dövrüində maliyyə xidmətləri üzrə idxalın (33,405 mln. dollar) ixracı (4,107 mln. dollar) 8 dəfə üstələməsi nəticəsində 29,298 mln. dollar həcmində kəsir yaranıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə göstərilən maliyyə xidmətlərinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz azalaraq 33,405 mln. dollar məbləğində olub. Hesabat dövründə qeyri-rezidentlərə göstərilən maliyyə xidmətlərinin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə azalaraq 4,107 mln. dollar təşkil edib.