Prezident Vladimir Putin Rusiya Liberal-Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski ilə görüşündə vergi məsələləri ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Jirinovski bildirib ki, bir sıra ölkələrdə əlavə dəyər vergisnin (ƏDV) dərəcəsi aşağı salındığı halda, Rusiyada artırılır. Partiya liderinin sözlərinə görə, "bəzən vergilərin aşağı salınması faydalı olur". ƏDV dərəcəsinin qaldırılması ilk illər vergi yığımına müsbət təsir edə bilər, "ancaq iki-üç ildən sonra bəzi kiçik müəssisələr bu vergiyə dözə bilməyəcəklər".
Prezident Putin bildirib ki, bir çox ölkələrdə ümumi vergi yükü Rusiya ilə müqayisədə çoxdur, ona görə də məsələyə müqayisəli şəkildə baxılmalıdır.