Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın turizm xidmətləri ixracının dəyəri 1,4 milyard ABŞ dolları, idxalının dəyəri isə 1,3 milyard dollar təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən məlumat yayılıb.
Nəticədə turizm xidmətləri üzrə 9 aylıq dövriyyədə 80 milyon dollar qalıq yaranıb. Bu rəqəm yarım illik dövriyyədə 30 milyon dollar təşkil etmişdi. Başqa sözlə, III rübdə müsbət saldo 50 milyon dollar artıb.
Bununla belə, 9 ay ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 18 faiz, Azərbaycana səfər edən xarici vətəndaşların sayı isə 10 faiz artıb.