Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə aktivləri 590,3 milyon ABŞ dolları artıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, artım xaricə yönəldilmiş birbaşa investisiyalar (1 665,1 milyon dollar), portfel investisiyaları (299,1 milyon dollar) və digər investisiyalar (-1 373,9 milyon dollar) hesabına formalaşıb.
Hesabat dövründə Azərbaycanın xalis maliyyə öhdəlikləri isə 250,4 milyon dollar artıb. Bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (304,2 milyon dollar), neft bonusu (450,8 milyon dollar), portfel investisiyaları (-199,8 milyon dollar), törəmə maliyyə alətləri (-3,9 milyon dollar) və digər investisiyalar (-300,9 milyon dollar) hesabına formalaşıb.