9 ayda Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4.166,8 milyon ABŞ dolları təşkil edib

2019.12.13 16:59 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyyə balansının ümumi qalığı 4.166,8 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur. Artım əsasən, dünya bazarında neftin qiymətinin yüksək olması, eləcə də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına baş verib.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 4.003 milyon dollarlıq qalıq (illik müqayisədə 21,3% az), kapital hesabındakı 3,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), maliyyə hesabındakı 339,9 milyon dollarlıq kəsir (86,2% az), balanslaşdırıcı maddələr üzrə 507,4 milyon dollarlıq qalıq (51,15% az) hesabına formalaşıb.